2d0e3ac9-32a0-4686-b1b8-9165c568d8df..jpg

Ukrayna yenidən əks-hücumda: Azərbaycanlılar yaralandı – VİDEO

Baxış sayı: 425 dəfə baxılıb.

Ukrayna yenidən əks-hücumda: Azərbaycanlılar yaralandı – VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları
çadırıb.

O bildirib ki, son günlər Ukraynanın bütün vilayətləri yenidən kütləvi hava
hücumlarına məruz qalır:

“Təkcə ötən gecə Ukrayna səmasına 45-ə qədər dron buraxılıb. Onlardan 34-ü
hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib”.

Həmçinin qeyd edilib ki, Rusiya Ordusunun əsas hədəfi hələ də enerji
mənbələridir.

“Bir neçə gündür Kiyev də daxil olmaqla, ölkənin bir çox yerində elektrik
enerjisinə qənaət edilməyə başlanıb. Bir neçə yerdə artıq polislər işıqforları
əvəz edir”, – deyə jurnalist əlavə edib.

M.Aslanovun sözlərinə görə, Ukrayna Ordusunun Zaporojyedə həyata keçirdiyi
əks-hücum əməliyyatları nəticəsində Melitopol və Tokmak istiqamətlərində
irəliləyiş əldə olunub.

Bildirilib ki, Ukraynaya endirilən hava zərbələri nəticəsində yaralananlar
arasında Donetsk və Xerson vilayətlərində yaşayan azərbaycanlılar da var.

Ətraflı süjetdə:


Source link