Ukraynada hadisə törədərək Azərbaycana qaçan şəxs saxlanılıb.
APA xəbər verir ki, 1958-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Bəhram Rəsulov ölümlə nəticələnən avtoqəza törətdiyi üçün axtarışda olub.
Sabunçu RPİ-nin əməkdaşları Ukrayna tərəfinin müraciəti əsasında B.Rəsulovu həbs edib. Onun ekstradisiya olunub-olunmayacağı barədə bir məlumat verilmir.