Ukraynada azərbaycanlının məhkəməsi: tərcüməçi hədələrdən danışdı

Ukraynada azərbaycanlının məhkəməsi: tərcüməçi hədələrdən danışdı

Baxış sayı: 4. 038 dəfə baxılıb.

Ukraynada azərbaycanlının məhkəməsi: tərcüməçi hədələrdən danışdı

Odessanın Malinovsk məhkəməsi boksçu Sergey Laşenkonu qətlə yetirməkdə şübhəli bilinən Babək Dəmir oğlu Həsənovun həbs müddətinin uzadılması ilə bağlı qərar qəbul edib. O, noyabrın 16-dək həbsxanada saxlanılacaq. 

ÇıxışYolu.Com Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu gün məhkəmənin tərcüməçi olmadan keçirilməsi diqqətdən yayınmayıb. 

Zərərçəkmiş qismində danışan boksçunun həyat yoldaşı Marina Laşenkonun sözlərinə görə, fevralda tapdıqları Azərbaycan dilinə tərcümə edən şəxs təzyiq səbəbindən iclasda iştirak edə bilməyib. O bildirib ki, Həsənov ona və ailəsinə təzyiqlər göstərir. 

“Tərcüməçi özü və ailəsinin həyatı üçün narahatdır, ancaq o, bunu demək istəmir”, – Marina Laşenko bildirib. 

Həsənov bu faktı inkar edib. Onun sözlərinə görə, belə bir şey olmayıb, zərərçəkmişin sözləri isə sübut olunmalıdır. 

Zərərçəkmişin vəkili Yuliya Qavrilyuk da prosesdə iştirak etməyib.  Qadın onun vəsatətini məhkəməyə verib. Vəkil Həsənova dair audioyazının olduğunu bildirib. Həmin audioyazıda Həsənov Ukrayna dilini tərcüməçidən yaxşı bildiyini və sonuncunu hədələdiyini deyib: onun uşaqlarını tapacaq, həyat yoldaşı ilə əylənəcək, məhkəmədə ona qarşı çıxanların isə üzərinə kislota tökəcək.

Məhkəmənin növbəti iclası sentyabrın 21-də keçiriləcək. 

Xatırladaq ki, Sergey Laşenko 2015-ci il aprelin 8-i gecə saatlarında öldürülüb. Hadisədə şübhəli bilinən 24 yaşlı azərbaycanlı isə bir ildən çox istintaqdan gizlənib və beynəlxalq axtarışa verilib. 

O, Rusiya ərazisində tutulub və Odessaya ekstradisiya edilib. 2017-ci ilin fevralında onun barəsində həbs-qətimkan tədbiri seçilib. 

www.ÇıxışYolu.Com