8adf7f6c-b18b-450d-824f-964c81621410..jpg

Ukraynada jurnalist faciəli şəkildə həlak oldu – VİDEO

Baxış sayı: 1. 011 dəfə baxılıb.

Ukraynada jurnalist faciəli şəkildə həlak oldu – VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları
çatdırıb.

O bildirib ki, ötən gecə Kiyevdə həyəcan siqnalı qeydə alınmasa da, Donetsk,
Xarkov, Zaporojye, Xerson, Dnepropetrovsk və Kirovoqrad vilayətlərində
gərginlik müşahidə olunub.

“Ukrayna Ordusunun Xerson və Donetskdə həyata keçirdiyi əks-hücum
əməliyyatları nəticəsində Baxmut şəhərində bir küçə işğaldan azad edilib. Eyni
zamanda Rusiya Silahlı Qüvvələrinə məxsus 72-ci briqadanın 2 rotası məhv
edilib”, – deyə jurnalist əlavə edib.

M.Aslanov onu da qeyd edib ki, Frans-Press Agentliyinin operatoru Arman Soldin
Donetskdə raket atəşinə məruz qalaraq həlak olub.


Source link