89e0bd23-0cc9-4ba0-a357-9913dc77b472..jpg

Ukraynada mərhum DİN rəhbərini əvəz edəcək şəxs məlum oldu

Baxış sayı: 791 dəfə baxılıb.

Ukraynada mərhum DİN rəhbərini əvəz edəcək şəxs məlum oldu

Ukrayna hökuməti Milli Polisin rəhbəri İqor Klimenkonu ölkənin daxili işlər
naziri vəzifəsini müvəqqəti icra edən şəxs təyin edib.

Bu barədə çərşənbə günü baş nazir Denis Şmıqal məlumat verib.

“Hökumət İqor Klimenkonu daxili işlər nazirinin müavini – Ukrayna Milli
Polisinin rəhbəri təyin edib və ona daxili işlər nazirinin vəzifələrini həvalə
edib”, – Şmıqal “Telegram” kanalında yazıb.

O əlavə edib ki, parlamentlə müzakirələrdən sonra Nazirlər Kabineti Daxili
İşlər Nazirliyinin yeni rəhbərinin təyin edilməsi ilə bağlı vəsatət təqdim
edəcək.

Source link