Ukraynada müharibə nəticəsində indiyədək həlak olan uşaqların sayı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1 831-dən çox
uşaq zərər çəkib.
Bu barədə Ukrayna Baş Prokurorluğunun hesabatında qeyd olunur.
Hesabatda, həmçinin, qeyd olunur ki, 2022-ci ilin fevralın 24-dən başlayan
Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində həyatını itirən ukraynalı
uşaqların sayı isə 542 nəfərdir.
Ukrayna Baş Prokurorluğundan bildirilib ki, bu rəqəm yekun deyil, döyüşlərin
davam etdiyi ərazilərdə, müvəqqəti işğal altında olan ərazilərdə və yeni azad
olunan ərazilərdə araşdırmalar davam edir.
Mənbə: Gp.gov.ua