a1203a76-e0d8-468d-8bd4-3c6126c5d3ed..jpg

Ukraynada müharibədə həlak olan və itkin düşən azərbaycanəsilli şəxslərin sayı məlum olub

Baxış sayı: 518 dəfə baxılıb.

Ukraynada müharibədə həlak olan və itkin düşən azərbaycanəsilli şəxslərin sayı
məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada genişmiqyaslı müharibənin ilk günündən indiyə qədər həlak olan və
itkin düşən azərbaycanlıların növbəti qeyri-rəsmi statistikası məlum olub.

“Report”un Şərqi Avropa bürosunun araşdırmasına əsasən, indiyədək Ukrayna
Silahlı Qüvvələrinin əslən azərbaycanlı olan 38 hərbçisi həlak olub.

Müharibə başladığı andan bu günə qədər isə ümumilikdə 135-ə yaxın
azərbaycanəsilli şəxs həlak olub, 100-ə yaxın şəxs yaralanıb, 70-ə yaxını isə
itkin düşüb. Onların əksəriyyəti uzun müddətdir Ukraynada yaşayan və bu ölkənin
vətəndaşları olan azərbaycanlılardır.

Source link