Ukraynanın Kremençuq şəhərində oğurluq edən azərbaycanlıya hökm oxunub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, əvvəl məhkum olmuş Salyan əsilli Ukrayna vətəndaşı evində tanışı ilə spirtli içki qəbul edib.
Daha sonra yatmış tanışının mobil telefonunu və pul qabından bank kartını götürərək qaçıb.
Bir müddət sonra zərərçəkənlə rastlaşan azərbaycanlı içində olan pulu istifadə etdiyi bank kartını və telefonu onun özünə qaytarıb.
Məhkəmədə günahını etiraf edən cinayətkarın zərərçəkənə vurduğu maddi zərər 10333 qrivna (təxminən 731 AZN) məbləğində hesablanıb.
Eyni zamanda, prosedur xərclərinə görə də 628,04 qrivna ( təxminən 44 AZN) ödəməli olan cinayətkar bir il müddətinə azadlıqdan məhrum edilib.
Günel Murad