Ukrayna futbolunda danışılmış oyunlarla bağlı qalmaqal yaşanır.
ÇıxışYolu.Com xəbər verir ki, Ukrayna Premyer Liqasında çıxış edən 12 klubdan 10-u danışılmış oyunlarda iştirak etməkdə ittiham edilir.
Yerli telekanal olan “2+2”nin iddiasına görə, Ukrayna çempionatında iştirak edən 12 komandadan cəmi 2-si – “Şaxtyor” və “Dinamo” danışılmış oyunlarda iştirak etməyib. Digər klubların isə ya əsas heyəti, ya da gənclərdən ibarət komandaları nəticəsi əvvəlcədən müəyyənləşdirilən oyunların iştirakçısı olub.
S.T.
www.ÇıxışYolu.Com