Ukraynada prezident seçkilərinin rəsmi nəticələri açıqlandı

Baxış sayı: 3. 292 dəfə baxılıb.

Ukraynada prezident seçkilərinin rəsmi nəticələri açıqlandı

Ukraynada prezident seçkilərinin ilk turunun rəsmi nəticələri açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən seçkilərin ikinci turunda şoumen Vladimir Zelenski və hazırkı dövlət başçısı Pyotr Poroşenko mübarizə aparacaqlar.

Bildirilir ki, seçicilərin 30,24 faizi Zelenskiyə səs verib. Poroşenko isə 15,95 faiz səs qazanıb.

Yuliya Timoşenko 13,4 faiz, Yuri Boyko 11,67 faiz, Anatoli Qritsenko 6,91 faiz, İqor Smeşko 6,04 faiz, Oleq Lyaşko 5,48 faiz səs toplayıb.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.