8f2c8eeb-8e4d-4dfc-bc50-356a46184b15..jpg

Ukraynada qəhrəmanlıq göstərən soydaşımız: “Döyüş yoldaşlarımı təxliyə edərkən minaya düşdüm” – VİDEO

Baxış sayı: 724 dəfə baxılıb.

Ukraynada qəhrəmanlıq göstərən soydaşımız: “Döyüş yoldaşlarımı təxliyə edərkən
minaya düşdüm” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İbrahim İsmət oğlu Paşayev əslən Qərbi Azərbaycanın Zəngibasar mahalındandır.

O, Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Padolski şəhərində doğulub
böyüyüb. İbrahim Ukrayna Milli Polisinin Kiyev vilayəti idarəsinin əməkdaşıdır.

Ölkədə gedən müharibə ilə əlaqədar olaraq bu ilin əvvəlindən könüllü döyüşlərə
qatılıb. Ötən ay isə ağır yaralanıb.

23 yaşlı İsmət İbrahimov hüquq fakültəsində oxuyub. Sonra isə Varşava
Universitetinin iqtisadiyyat və maliyyə fakültəsində təhsilini davam etdirib:

“Təhsilimi bitirə bilmədim. Çünki Ukraynada baş verənləri görürdüm və bu, məni
kədərləndirirdi. Polşada ukraynalı çoxlu gənclər vardı və bizim kənarda
dayanmağa haqqımız yox idi. Mən gəlib Ukraynanın müdafiəsi ilə məşğul olan
strukturlara qoşulmaq üçün ərizə verdim. Bəxtim gətirdi – xüsusi təyinatlı
polis bölməsinə qəbul olundum. Hazırda Kiyev Baş Polis İdarəsində polis
əməkdaşıyam”.

O bildirib ki, ötən ay Baxmut şəhərinin ətrafında ayağından yaralanıb:

“Bu, yaralı döyüş yoldaşlarımı təxliyə edərkən baş verdi. Təxliyə zamanı
ayağımı minaya basdım, sonra elə bil ildırım çaxdı, partlayış oldu. Mən sırada
ikinci gedirdim. Qabaqda gedən əsgər yanıma qayıtdı, ilkin tibbi yardım
göstərdi, qanı kəsdi və qrupumuzun bizi təxliyə etməsini gözlədik. Məndə qorxu
yox idi. Qorxu minaya basdığımda və gücsüz olduğumu, artıq hadisələrə təsir edə
bilməyəcəyimi, hadisələrin məni idarə etdiyini anlayanda yarandı”.

İbrahim Ukraynada doğulub böyüsə də, tarixi Vətəni Azərbaycanla da əlaqəsini
kəsməyib. Hətta Azərbaycanın suverenliyinin bərpasını, Qarabağda qələbə
prosesini yaxından izlədiyini və ukraynalı dostları ilə bölüşdüyünü bildirib:

“Azərbaycan qələbənin mümkün olduğunu nümayiş etdirdi və heç kim buna mane ola
bilmədi. Əminəm ki, Ukrayna da Azərbaycan kimi öz ərazilərini tezliklə azad
edəcək”.

Ukrayna polisindən bildiriblər ki, göstərdiyi qəhrəmanlığa görə həmyerlimizin
mükafatlandırılması üçün rəhbərlik tərəfindən təqdimat verilib.

Ətraflı Baku TV-nin süjetində:


Source link