Ukraynada qadınlar kütləvi səfərbəliyə cəlb edilirlər? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları
çatdırıb.
O bildirib ki, ötən gün ərzində paytaxt Kiyevdə sakitlik olsa da, digər
vilayətlərdə, əsasən Xarkov, Xerson, Donetsk və Zaporojyedə vəziyyət olduqca
gərgindir:
“Xüsusilə Xarkov vilayəti demək olar ki, hər gün, hər gecə dayanmadan hava
hücumlarına məruz qalır. Buna paralel olaraq Ukrayna Silahlı Qüvvələri isə
Xerson və Krım istiqamətində zərbələrini davam etdirir”.
Qeyd edilib ki, artıq bir aydır ölkədə gündəm olan kütləvi səfərbərliklə bağlı
qanun layihəsi yenidən parlamentdən Nazirlər Kabinetinə qaytarılıb:
“Bildirilib ki, Nazirlər Kabineti sözügedən qanunu yenidən işləməlidir.
Hazırkı ictimai duruma uyğun olaraq qanun layihəsində yəqin ki, qadınların
hərbi səfərbərliyə kütləvi cəlb edilməsi olmayacaq”.
Ətraflı Baku TV-nin süjetində: