Ukraynada raket qurğusu bina ilə toqquşdu

Baxış sayı: 2. 299 dəfə baxılıb.

Ukraynanın paytaxtı Kiyevdə “Buk” zenit-raket kompleksi şəhərin mərkəzində ofis binası ilə toqquşub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə öz Facebook səhifəsində hadisə şahidi yazıb.

“Bu da sizə parad! Əvvəlcə tank az qala üstümə çıxsın, lakin yaxşı ki, dayandı. Onun arxasınca gələn isə az qala bizi basdalayacaqdı və sonda ofis binası ilə toqquşdu”, – deyə, o yazıb.

Məlumata əlavə olunmuş şəkillərdən zenit qurğusunun bina ilə toqquşması nəticəsində divarda çatlar yarandığı görünür.

Qeyd edək ki, avuqstun 18-də Kiyevdə Ukraynanın Müstəqillik Gününə həsr olunmuş hərbi parada hazırlıq baş tutub.

www.ÇıxışYolu.Com