ba665d05-3eb1-43b5-954d-2292d45180f0..jpg

Ukraynada vəfat edən azərbaycanlının nəşi böyük ehtiramla Vətənə yola salındı – VİDEO

Baxış sayı: 508 dəfə baxılıb.

Ukraynada vəfat edən azərbaycanlının nəşi böyük ehtiramla Vətənə yola salındı
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəylinin nəşi Vətənə
yola salınıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, jurnalistin nəşi yola salınarkən ukraynalılar hörmət əlaməti
olaraq önündə diz çöküb, onun Ukraynaya xidmətini yüksək qiymətləndiriblər.

Jurnalistin nəşi dünən Kiyevdən Kişinyova yola salınıb. Moldovadan birbaşa
reyslər ləğv olunduğundan, nəş Türkiyəyə göndəriləcək. Sabah günün ikinci
yarısında isə İstanbul-Bakı reysi ilə Vətənə gətiriləcək.

Qeyd edək ki, Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli martın
29-da ürək tutmasından vəfat etmişdi.

Source link