fee4454a-f22b-4ab8-974f-f646d8807168..jpg

Ukraynalı analitik: “Putin nüvə silahından istifadə etməyəcək”

Baxış sayı: 521 dəfə baxılıb.

Ukraynalı analitik: “Putin nüvə silahından istifadə etməyəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı səsləndirdiyi aşkar
təhdidlər, təbii ki, Rusiya və Qərb arasında münasibətlərin indiki çətin
mərhələsi ilə bağlıdır”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Silahlı
Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi-siyasi şərhçi Taras Berezovets
bildirib.

“Bildiyiniz kimi, Fransa Prezidenti Emmanuel Makron, eləcə də bir sıra digər
Qərb liderləri Ukrayna ərazisinə bir sıra Qərb ölkələrinin silahlı qüvvələrinin
göndərilməsinin mümkünlüyünü bəyan ediblər. Hazırda onların hərbi
əməliyyatlarda birbaşa iştirakından söhbət getmir. Lakin bu sözlər Kremli
hədsiz dərəcədə narahat edib, isterik reaksiyalara səbəb olub”, – deyə
Berezovets vurğulayıb.

O, xatırladıb ki, V.Putin bəyan edib ki, Qərb ölkələrinin hər hansı silahlı
birləşmələrinin Ukrayna ərazisində görünməsi onları eyni vaxtda nüvə silahından
istifadə riski ilə müharibəyə sürükləyəcək:

“Düşünürəm bu təhdidlər praktiki şəkildə həyata keçirilməyəcək. Artıq Qərb
kəşfiyyatının dərc olunmuş arxivlərindən də görünür ki, V.Putinin həqiqətən
təhlükəli xəttə yaxınlaşdığı yeganə vaxt olub. Bu, 2022-ci ilin sonunda
Ukraynada olub. Lakin sonra Çin və Hindistanın mövqeyi sayəsində Rusiya
prezidenti öz niyyətindən əl çəkdi. Hazırda nə Ukraynada, nə də üçüncü
ölkələrdə Putinin nüvə silahından istifadə etməsi təhlükəsi var”.

“Onlar Baltikyanı ölkələrin, ola bilsin ki, Mərkəzi Avropanın və ya Ukraynaya
müharibədə fəal kömək edəcək dövlətlərin konkret hökumətlərini təhdid edə
bilərlər. Amma buna baxmayaraq, bunun praktiki şəkildə həyata keçirilməsi,
Putinin bu gün nüvə silahından istifadə təhlükəsi yoxdur. Bu aydın başa
düşülməlidir. Bu, sırf virtual təhlükədir və heç bir real inkişafı olmayacaq”,
– deyə o əlavə edib.

Source link