6be5035e-6fa7-48a7-8739-faa9d5180a40..jpg

Ukraynalı deputatın törətdiyi terror aktının səbəbi məlum oldu – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 548 dəfə baxılıb.

Ukraynalı deputatın törətdiyi terror aktının səbəbi məlum oldu – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynalı deputatın törətdiyi terror aktının səbəbi korrupsiya olub.

Məlumata görə, bu gün iclas zamanı partlayış törədən “Xalqın xidmətçisi”
partiyasından olan 54 yaşlı deputat Sergey Batrin 2024-cü ilin büdcəsi qəbul
edilməzdən əvvəl ötən il üçün xərclər haqqında hesabat tələb etsə də, nəticəsi
olmayıb.

Partlayışdan az öncə o, digər deputatlarla mübahisə edərək bəyan edib ki,
Keretskov icmasının başçısına maaşının 50%-i qədər artım və hər ay maaşın
100%-i qədər bonus verilməsi düzgün deyil.

Bundan sonra Batrin bir-iki dəqiqəliyə zaldan çıxıb və üç qumbara ilə geri
dönərək ona söz verilməsini tələb edib, lakin həmkarlarının diqqətsizliyini
görcək sursatları işə salıb. Bundan əvvəl Batrin kənd sovetinin başçısını və
onun dövlət satınalmaları ilə bağlı israfçılığı tənqid edən bir neçə video
yayımlayıb.

Mənbə: news.ru

17:20

Zakarpatiyada qumbara partlamasından sonra yaralıların təxliyəsinin
görüntüləri yayılıb.

Zakarpat bölgəsində kənd sovetində baş verən partlayışdan sonra təcili
operativ qərarlar qəbul etmək üçün Regional Müdafiə Şurasının təcili iclası
çağırılıb.

Qumbaranı partladan deputat sağ qalarsa, onu 10 ilə qədər həbs gözləyir.
Mənbə: “NEXTA Live” “Telegram” kanalı
15:24

Ukraynanın Zakarpatiya vilayətində deputat Keretsk kənd sovetinin binasında
iclas zamanı üç ədəd qumbara partladıb.

Bu barədə Ukrayna Milli Polisinin “Telegram” kanalında məlumat verilib.

“Bu gün saat 11:37-də “102” xəttinə deputatlardan birinin sessiyanın iclası
zamanı Mukaçevo rayonunun Keretsk kənd sovetinin binasında qumbara partlatması
barədə məlumat daxil olub”, – deyə məlumatda bildirilir.

Zakarpatiya polisindən verilən məlumata görə, partlayış nəticəsində 26 nəfər
yaralanıb, onlardan altısının vəziyyəti ağırdır. Deputat özü də ağır xəsarətlər
alıb.

İlkin ehtimallara görə, qumbaranı partladan şəxs Ukrayna Prezidenti Volodimir
Zelenskinin rəhbərlik etdiyi hakim “Xalqın xidmətiçisi” partiyasından olan
deputat Sergey Batrindir.

Hadisə yerində istintaq-əməliyyat qrupu və kriminalistlər işləyirlər.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Source link