9b8e6587-7ddc-49e0-ac55-9cf63f97088a..jpg

Ukraynalı ekspert: “Azərbaycandakı mina problemi beynəlxalq təşkilatlardan ciddi diqqət tələb edir”

Baxış sayı: 979 dəfə baxılıb.

Ukraynalı ekspert: “Azərbaycandakı mina problemi beynəlxalq təşkilatlardan
ciddi diqqət tələb edir”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mina problemi beynəlxalq
təşkilatlardan ciddi diqqət tələb edir”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik, Ukrayna
Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəsmi nümayəndəsi Vladislav Seleznyov
deyib.

Seleznyovun sözlərinə görə, dünya elitası əksər hallarda Ermənistan silahlı
qüvvələrinin qanunsuz əməllərinə, o cümlədən ərazilərin minalanmasına göz yumur.

“Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin ekspertlərinin
fikrincə, bir günlük hərbi əməliyyatlar gələcəkdə 30 günlük minalardan
təmizləmə işi deməkdir”, – o vurğulayıb.

Ekspert qeyd edib ki, 30 illik işğal dövründə ermənilər Azərbaycanın tarixi
torpaqlarına ciddi ziyan vurublar:

“İşğalçılar üçün müqəddəs heç nə yoxdur. Mən dağıdılmış evləri, məscidləri,
mədəniyyət abidələrini görmüşəm. Onlar 30 il işğal altında saxladıqları
torpaqlarda daşı daş üstə qoymayıblar”.

Ukraynalı hərbi ekspertin sözlərinə görə, hazırda Azərbaycanın üzləşdiyi
minalardan təmizləmə, infrastrukturun bərpası və s. kimi problemlər gələcəkdə
Ukraynanı da gözləyir. Ukrayna dövləti həmçinin hazırda Rusiya qoşunlarının
nəzarətində olan əraziləri normal həyata qaytarmalı olacaq.

“Bizim çoxlu ümumi problemlərimiz var. Azərbaycan və Ukrayna xalqları
birləşməli və bu problemlərin həlli üçün ikitərəfli kommunikasiya formatları
yaratmalıdırlar”, – o fikrini tamamlayıb.

Source link