Azərbaycanlıların seçimi təəccübləndirmədi – xalq başa düşür ki, İlham Əliyevin konstruktiv rəqibi yoxdur.
Bu barədə ukraynalı politoloq Aleksey Voronenko ÇıxışYolu.Com-a açıqlamasımda bildirib.
Onun sözlərinə görə, əgər prezident hər şeyi yalnız ölkəsinin rifahı üçün edirsə, kimisə ona qarşı qoymaq çox çətindir.
Azərbaycan rəhbərliyinin uğurlu siyasətindən danışarkən A.Voronenko qeyd edib ki, bugünkü gün Qarabağ məsələsinin həlli Bakının maraqlarına uyğun irəliləyir.
“Bəli, tədricən. Bununla belə, hazırda Bakı diplomatiyası və siyasəti bu ölkənin rəhbəri başda olmaqla, Yerevandan bir neçə addım öndədir”, – o qeyd edib.
Ekspert bildirib ki, Azərbaycanda turizm hər il inkişaf edir.
“Mən bunu Bakıda tez-tez olduğum üçün, həmçinin şəxsi təcrübəmə əsasən təsdiq edə bilərəm. Şəhərin memarlığı heyran edir. Yeni binalar necə də şəhərə uyğundur və bununla yanaşı, qədim Bakıya toxunmur”, – politoloq əlavə edib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com