a247e97d-c471-4ac9-9638-5fe55c36e4b9..jpg

Ukraynalı güləşçi: “Stadnikdən bütün məğlubiyyətlərin əvəzini çıxdım”

Baxış sayı: 449 dəfə baxılıb.

Ukraynalı güləşçi: “Stadnikdən bütün məğlubiyyətlərin əvəzini çıxdım”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Stadnikdən bütün məğlubiyyətlərin əvəzini çıxdım”.

“Report”un məlumatına görə, bunu ukraynalı qadın güləşçi Oksana Livaça (50 kq)
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında məğlub
etdiyi Azərbaycan təmsilçisiMariya Stadniklə
görüş barədə jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı idmançı son saniyələrdə qazandığı qələbəni belə şərh edib: “Hesabda
geri olduğum üçün son dəqiqədə hücuma keçdim. Öz vaxtımı gözləyirdim. Qələbə
qazanmağa çalışdım və məndə alındı. Bunun üçün böyük enerjim var idi. Sonda
arzuma çatdığıma görə çox xoşbəxtəm. Bunu bacarmaq üçün çox çalışmışdım”.

Livaça Mariya Stadnik barədə xoş fikirlər səsləndirib: “Stadnik mənim
kumirimdir. Uşaqlıqda onun kimi olmağa çalışırdım. Sonra bir müddət birlikdə
məşq etdik. Ona qalib gəlmək çox çətin idi. Demək olar ki, həmişə məğlub
olurdum. Mariya əfsanədir, ona böyük hörmətim var. Düşünürəm ki, o, olimpiadaya
lisenziya qazanacaq. Sadəcə, bu gün mən güclü idim”.

Source link