8085a38f-64ca-4a47-b6ad-15fb08d7528d..jpg

Ukraynalı jurnalist Ermənistanın minaladığı Azərbaycan ərazilərindən reportaj hazırlayıb – VİDEO

Baxış sayı: 829 dəfə baxılıb.

Ukraynalı jurnalist Ermənistanın minaladığı Azərbaycan ərazilərindən reportaj
hazırlayıb – VİDEO

Ukraynanın “Ukrayna seyças” informasiya agentliyinin jurnalisti Azərbaycanın
işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləməsi prosesini izləyib.

Jurnalist qeyd edib ki, bu günə qədər 300-ə yaxın şəxs mina qurbanı olub,
onlardan da 50-si hadisələr zamanı həyatını itirib.

“Minalarla çirklənmiş ərazilər öz həcminə görə Qətər kimi ölkənin ərazisi ilə
müqayisə edilir. Bu boyda ərazinin təmizlənməsi bir neçə onilliklər çəkə
bilər”, – ukraynalı jurnalisti məlumatlandıran şəxs qeyd edib.

Reportajda qeyd olunur ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin
yalnız 25 faizi dəqiq çıxıb.

Daha ətraflı ukraynalı jurnalistlərin minalanmış ərazilərdən hazırladığı
videoreportajda tanış ola bilərsiniz:


Source link