Ukrayna Pravoslav Kilsəsinin yeni seçilmiş arxiyepiskopu Kliment xuliqanlıq şübhəsi ilə Krımda saxlanılıb.
Bu barədə Lenta.ru məlumat yayıb.
Simferopolun polis rəisinin müavini Nikitin arxiyepiskop Klimenti keşiş libası oğurlamaqda və ictimai yerdə əxlaqsız ifadələr işlətməkdə ittiham edərək polis şöbəsinə aparılmasına əmr verib.
Keşişin vəkili Nikolay Polozov bildirib ki, Kliment Ata Rusiyada terror törətməkdə ittiham olunan Ukrayna vətəndaşı Pavel Qriblə görüşmək üçün Rostova getməyi planladığına görə, bu halla üzləşib.