Ukraynalı məşqçi Bakıda aldadılmasından danışdı – VİDEO

Ukraynalı məşqçi Bakıda aldadılmasından danışdı – VİDEO

Baxış sayı: 3. 471 dəfə baxılıb.

Açıq deyəcəyəm: Məni bura dəvət edəndə danışıq belə olmuşdu ki, müəyyən məbləğə futbolçular alacağıq. Amma onlarla müqavilə imzalandıqda, məbləğ 10 dəfə azaldı. Bu zaman mənə komandadan getmək qalırdı.

ÇıxışYolu.Com xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib. 

Ukraynalı mütəxəssis “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında klub rəhbərliyinin vədini yerinə yetirmədiyini bildirib. O deyib ki, üzləşdiyi belə münasibət üzündən komandanı tərk etmək istəyib: 

“Məni düzgün başa düşün: Avropa Liqasında “Dnepr”in heyətində çıxış etmiş futbolçular bura orada aldığından azacıq çox maaşa gəlməyə hazır idilər. Amma onları götürmədilər. Bu vaxt yığışaraq getməyim lazım idi. Hətta bir dəfə getmək də istədim.

Sadəcə, futbolçular xahiş etdilər ki, komandanı atıb getməyim. Lakin eyni hal bir neçə dəfə təkrarlanırsa, bacarmıram. Görürəm ki, futbolçu maksimumunu oynayır. Kimi günahlandırım? Bax, bütün situasiya belədir”.

Maksimov klub rəhbərliyinin futbolçuları video ilə seçməyə üstünlük verdiyini də diqqətə çatdırıb: 

“Söhbət olmuşdu ki, bu məbləğə futbolçu seçib dəvət edəcəyik. Amma transfer etməyə gələndə məbləği azalda-azalda getdilər və video ilə oyunçu axtarıb-seçdilər. Məbləğ isə bax, bu qədərdir (əli ilə cüzi olduğuna işarə edir – S.T.).

Mən heç nədən qorxmuram. Gəldiyim kimi də gedəcəyəm. Belə bir şəraitdə komandanı necə sıxa bilərəm? Əksinə, futbolçuların hamısına “çox sağ olun” deməyim lazımdır”.

Baş məşqçi futbolçuların maaşlarının azlığına da toxunub: 

“Hansı normal futbolçu verdiyimiz əməkhaqqına gələr? Bu məbləğə ya hansısa fırıldaqçı, ya da uzun müddət oynamayan oyunçu gələr. Üstəlik, onlardan xahiş edə bilərik ki, oynasın”.

S.T.
www.ÇıxışYolu.Com