Ukraynanı təmsil etməkdən imtina edən MARUV Bakıya gəlir

Ukraynanı təmsil etməkdən imtina edən MARUV Bakıya gəlir

Baxış sayı: 4. 063 dəfə baxılıb.

Ukraynanın məşhur müğənnisi MARUV (Arnna Korsun) paytaxtımızın qonağı olacaq.

ÇıxışYolu.Com xəbər verir ki, ifaçı bu yay Azərbaycanda keçiriləcək ənənəvi “Jara” musiqi festivalında səhnə alacaq.  

Bu barədə layihənin “Instagram” səhifəsində məlumat verilib. Qeyd edilib ki, sənətçi iyunun 28-də Bakıda olacaq.

Qeyd edək ki, Ukrayna milli seçim turunda izləyicilərdən maksimum bal toplayıb, qalib gələn MARUV Rusiyaya qastrol səfərləri səbəbindən təzyiqlərə məruz qaldığını, “Avroviziya-2019”dan imtina etdiyini bildirib.   

Maruv ictimai televiziya ilə müqavilə imzalamaqdan boyun qaçırıb. Onunla yanaşı, digər ifaçılar da müsabiqəyə getməkdən imtina ediblər. Nəticədə, Ukrayna beynəlxalq müsabiqədə iştirakını dayandırıb.

Ukraynanı təmsil etməkdən imtina edən MARUV Bakıya gəlir

Ukraynanı təmsil etməkdən imtina edən MARUV Bakıya gəlir

Rəşad Əliyev