84f344e2-598c-4e01-b958-c3b35fcc591d..jpg

Ukraynanın artıq öz “Shahed”ləri var

Baxış sayı: 575 dəfə baxılıb.

Ukraynanın artıq öz “Shahed”ləri var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna İrana məxsus “Shahed” pilotsuz uçuş aparatlarının (PUA) analoqunun
kütləvi istehsalına başlayıb.

Bu barədə “Ukroboronprom”un baş direktoru German Smetanin bildirib.

Onun sözlərinə görə, artıq texnika Ukrayna Silahlı Qüvvələri tərəfindən
sifariş olunub.

Smetanin onu da vurğulayıb ki, PUA-nın rekord uçuş məsafəsi təxminən 1000
km-dir.

“Bizdə “Shahed”in analoqu var, həmçinin daha güclü modellər var, çünki
“Shahed”lər o qədər də uzağa uçmurlar”, – deyə “Ukroboronprom”un baş direktoru
vurğulayıb.

Mənbə: “Ekonomiçeskaya Pravda” qəzeti

Source link