Ukraynanın Avropa İttifaqına qəbulunun tarixi açıqlandı

Baxış sayı: 2. 863 dəfə baxılıb.

Ukraynanın Avropa İttifaqına qəbulunun tarixi açıqlandı

Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bəyan edib ki, ölkəsi Avropa İttifaqına 2025-2027-ci illərdə qəbul oluna bilər.

Bu barədə Ukrayna parlamentinin saytında yer alan məlumatda deyilir.

Parubiy bildirib ki, bu, Avropa İttifaqı Şurasında Polşa və Litvanın sədrlik edəcəyi dövrə təsadüf edə bilər.

O qeyd edib ki, artıq üç ölkənin parlament sədrləri Ukraynanın Avropa İttifaqına qəbuluna dair strategiya ilə bağlı sənəd imzalayıblar.

“Bu, Ukraynanın Avropa İttifaqına qəbulu üçün imkanlar pəncərəsidir”, – deyə Parubiy vurğulayıb.