8366bf8f-1a2b-494f-96ac-26fb57830f3e..jpg

Ukraynanın ehtiramla vidalaşdığı Elnurun dəfn yeri MƏLUM OLDU – VİDEO

Baxış sayı: 1. 536 dəfə baxılıb.

Ukraynanın ehtiramla vidalaşdığı Elnurun dəfn yeri MƏLUM OLDU – VİDEO

Ukraynanın ərazi bütövlüyünü qoruyarkən həlak olan və vida mərasimində Ukrayna
dilində Azərbaycan Himni səsləndirilən soydaşımızın nəşi bu gün Azərbaycana
gətiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, İrpen istiqamətində “Karpat Seçi” könüllü
batalyonunun tərkibində döyüşmüş 1993-cü il təvəllüdlü Elnur Həsənov bazar günü
Goranboy rayonunda dəfn ediləcək. Belə ki, əslən Kəlbəcər rayonu Cəmilli
kəndindən olan Elnurun ailəsi 1992-ci ildə erməni işğalından sonra Kəlbəcərdən
Goranboya köçüb və o, bu rayonda böyüyüb boya-başa çatıb.

Qeyd edək ki, Elnur Ukraynada könüllü batalyonunda kəşfiyyatçı kimi döyüşüb.
O, “Alik” ləqəbi ilə tanınıb. Elnur Həsənov peşəkar hərbçi olub, həmçinin Vətən
müharibəsi zamanı Qarabağda döyüşüb, snayper dəstəsinin rəhbəri olub.

Elnur Həsənovun yaxınlarının sosial şəbəkələrdə yaydıqları məlumata görə, onun
iki övladı var, həyat yoldaşı hamilədir.


Source link