b5f22389-5eb0-4927-a66a-2a109a1f3f34..jpg

Ukraynanın məşhur aktyoru cəbhədə həlak oldu – FOTO

Baxış sayı: 505 dəfə baxılıb.

Ukraynanın məşhur aktyoru cəbhədə həlak oldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın məşhur aktyoru Andrey Pavlenko cəbhədə həlak olub.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə onun həyat yoldaşı Darya Orexova sosial
şəbəkə hesabından məlumat verib.

Onun dəqiq necə öldüyü hələlik məlum deyil.

“Müharibə heç kəsə rəhm etmir… Müharibə bizim doğmalarımızı və əzizlərimizi
əlimizdən alır! Müharibə Andrey Pavlenkonu apardı. Vaxtı gələndə Andreylə
vidalaşma gününü elan edəcəyəm! Sənin üçün çox darıxacağam, əzizim”, – deyə
Orexova yazıb.

Pavlenkonun iki övladı qalıb.

Qeyd edək ki, məşhur aktyor “Qadın həkimi” (“Jіnoçiy lіkar”), “Gözlənti
vərəqi” (“List oçіkuvannya”), “Nestor Maxnın doqquz həyatı” (“Dev’yat jittіv
Nestora Maxna”), “Çapayev üçün önəmlər” (“Pristrastі za Çapaem”), “Sənədlər
üçün foto” (“Foto na dokumenti”) kimi filmlərdə rol alıb.

Source link