Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın
Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiti
Yuriy Husyev ilə görüşüb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, səfir ilk öncə etimadnaməsinin surətlərini təqdim edib.
Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin cari
vəziyyəti və perspektivləri müzakirə olunub.
Ukraynanın səfiri Yuriy Husyev öz növbəsində Ukraynaya göstərdiyi dəstəyə görə
Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Ukrayna ilə Azərbaycan arasında
strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır
olduğunu vurğulayıb.
Tərəflər, həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki
məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfirə ölkəmizdəki fəaliyyəti müddətində uğurlar arzulanıb.
17:26
Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuriy Qusyev etimadnaməsinin
surətini Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifova təqdim edib.
Bu barədə diplomat “Facebook”da paylaşım edib.
“Ukraynanın Azərbaycandakı səfiri kimi diplomatik fəaliyyətimin başlaması ilə
əlaqədar etimadnamələrin surətlərini təqdim etmək üçün Azərbaycanın xarici
işlər nazirinin müavini Samir Şərifovla görüşdüm. Görüş zamanı Azərbaycanın
xarici siyasət idarəsinin rəhbərinin müavini Ukraynanın suverenliyi və ərazi
bütövlüyünün dəstəklənməsinə dair Azərbaycanın dəyişməz mövqeyini, eləcə də
Azərbaycan tərəfinin iki dövlət arasında mövcud ikitərəfli əməkdaşlığı daha da
inkişaf etdirməyə və Ukraynaya enerji, sosial və digər sahələrdə humanitar
yardım göstərməyə hazır olduğunu təsdiqləyib”, – paylaşımda qeyd edilib.
Səfir Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını
bildirdiyini diqqətə çatdırıb:
“Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi
üçün maksimum səy göstərməyə hazır olduğumu vurğuladım. Bundan sonra ikitərəfli
və çoxtərəfli əməkdaşlıq, eləcə də qlobal və regional təhlükəsizlik
gündəliyində duran bir çox məsələləri ətraflı müzakirə etdik”.