ff471205-5272-4ba0-b32d-b9df647146f9..jpg

Ukraynaya kütləvi hücum: Azərbaycanlıların evləri darmadağın oldu – VİDEO

Baxış sayı: 387 dəfə baxılıb.

Ukraynaya kütləvi hücum: Azərbaycanlıların evləri darmadağın oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları
çatdırıb.

O bildirib ki, ötən gecə Xarkov, Nikolayev və Xerson vilayətləri kütləvi
hücuma məruz qalıb.

“Zaporojye, Nikolayev və Xerson vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin
əks-hücum əməliyyatlarına cəhd etdiyi bildirilir. Lakin hələlik nəticə əldə
olunmayıb”, – deyə jurnalist əlavə edib.

M.Aslanov Xarkovda ağır döyüşlərin getdiyini vurğulayıb:

“Təkcə ötən gecə Xarkova 20-yə yaxın dron vasitəsilə hücum edilib. Çuquyev
şəhəri və ətrafındakı evlərin əksəriyyəti dağıntıya məruz qalıb. Həmin evlərdən
ikisi həmyerlilərimizə məxsusdur”.


Source link