83198f89-b0f6-41fe-9382-f49b24789369..jpg

Ulduz futbolçu Gürcüstandakı etirazlara dəstək oldu

Baxış sayı: 820 dəfə baxılıb.

Ulduz futbolçu Gürcüstandakı etirazlara dəstək oldu

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya sosial şəbəkə hesablarında vətəni
Gürcüstanda baş verən iğtişaşlarla bağlı paylaşım edib. Ulduz oyunçu xarici
agentlər haqqında qanunun tətbiqinə etiraz edənləri dəstəkləyib.

“Gürcüstanın gələcəyi Avropadadır”, – deyə Kvaratsxeliya özünün “Facebook”
hesabında yazıb.

Xatırladaq ki, Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin
parlament tərəfindən birinci oxunuşda qəbul edilməsi ölkədə etirazlara səbəb
olub.

Source link