Kolumbiya millisinin və Almaniyanın “Bayern” klubunun mərkəz yarımmüdafiəçisi Xames Rodriqes ilkə imza atıb.
ÇıxışYolu.Com xəbər verir ki, o öz adına kriptovalyuta çıxartdırıb.
Həmin valyuta “JR10 Token” adlanır. Bu, adının ispanca yazılışı olan James Rodrigues və geydiyi formanın nömrəsi anlamına gəlir. Bu valyutanın ictimaiyyət arasında satışı 12 iyulda həyata keçiriləcək.
“Xames dünya futbolunun gələcək ulduzlarından biri sayılır. Yeni minilliyin nəslinin davamçısı kimi o, rəqəmlə irəli getməyi qarşısına hədəf qoyub. Ona görə də o, öz azarkeşləri ilə müasir növ münasibət qurmaq istəyir”, – deyə yayılan press-relizdə bildirilib.
Qeyd edək ki, Xames Rodriqes son mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürməyə imza atıb.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com