Ulduz futbolçu “TikTok” videosuna görə komandasından ayrılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nigeriyalı ulduz futbolçu “TikTok” videosuna görə “Napoli”dən ayrılacaq.
Məlumata görə, “Napoli”nin təcrübəli hücumçusu Viktor Osimhen Fransanın PSJ
klubuna keçəcək.
Tərəflər arasında 120 milyon avroluq razılıq əldə olunub. Futbolçunun
komandadan ayrılma səbəbi isə “TikTok” sosial şəbəkəsində onunla bağlı etikadan
kənar videonun paylaşılması olub.
Qeyd edək ki, Viktor Osimhen bu məsələyə görə mövsümün əvvəlində iki ay
müddətinə yaşıl meydanlara çıxmaqdan imtina etmişdi.
Mənbə: Getfootballnewsitaly.com