3917b877-87ff-43eb-9fb3-674f8982e654..jpg

“Ulduz müharibələri”nin dördüncü epizodunun orijinal ssenarisi hərraca çıxarılacaq – FOTO

Baxış sayı: 441 dəfə baxılıb.

“Ulduz müharibələri”nin dördüncü epizodunun orijinal ssenarisi hərraca
çıxarılacaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ulduz müharibələri. Epizod IV. Yeni Ümid” filminin qaralama ssenarilərindən
biri fevralın 17-də keçiriləcək “Excalibur” hərrac evində hərraca çıxarılacaq.

Bu barədə məlumat “Excalibur”un rəsmi saytında dərc olunub.

Orijinalda, seriyanın ilk filminin adı fərqli olub. Təqdim olunan
fotoşəkillərə əsasən onun adı “Ulduz qatili Lyukun “Uillər” jurnalından
götürülmüş sərgüzəştləri” (The Adventures of Luke Star Killer as taken from the
“Journal of the Whills”) olub.

Həmçinin filmin çəkilişi zamanı bəzi personajların görünüşü dəyişib.

Bundan əlavə, ssenaridə bəzi səhnələr dəyişdirilib, məsələn, Tatuin səhra
planetində Lyuk və Obi-Van arasında protaqonistin atası haqqında dialoq.

Hərrac evinin ekspertlərinin fikrincə, bu ssenari 8-12 min funt-sterlinqə
(təxminən 17-26 min manat) satıla bilər.

Mənbə: iz.ru

Source link