8d042076-400c-49cb-a89d-32e4564073e2..jpg

“Ulduz problemi” Avropa səhnəsinə də sıçradı – FOTO

Baxış sayı: 818 dəfə baxılıb.

“Ulduz problemi” Avropa səhnəsinə də sıçradı – FOTO

“Fənərbağça”nın loqosunda neçə ulduzun yer alması Türkiyə idman gündəmində
uzun müddətdir, müzakirə olunur.

Cixisyolu.com xəbər verir ki, klub rəsmən 1959-cu ildən öncəki çempionluqlar da
nəzərə alındıqda ümumi liqa qələbələrinin sayı 28 olduğunu bəyan edib. Bu
səbəbdən “Fənərbağça” loqosuna 5 ulduz vurur. Ancaq Türkiyə Futbol Federasiyası
və digər klublar bunu qəbul etmir.

“Ulduz problemi” “bülbüllər”in Avropa səhnəsinə də sıçrayıb. Avropa Liqasının
1/8 final mərhələsində “Sevilya”ya rəqib olan “Fənərbağça” müvafiq paylaşımda 5
ulduzlu loqosunu yerləşdirib. İspaniya klubu 3 ulduzdan istifadə edibsə, UEFA
ulduzsuz loqonu qoyub. Bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Fənərbağça”nın rəsmən 19 Super Liqa çempionluğu var. Türkiyədə hər 5
çempionluğa görə klublara loqoya 1 ulduz əlavə etməyə icazə verilir.

Source link