bd06adfb-cf19-4f72-858d-d310273ad4d2..jpg

Ulduzlar “Qızıl Qlobus” mükafatının təqdimetmə mərasimində diqqət çəkiblər – FOTO

Baxış sayı: 603 dəfə baxılıb.

Ulduzlar “Qızıl Qlobus” mükafatının təqdimetmə mərasimində diqqət çəkiblər –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur aktrisa və müğənni Cennifer Lopes 2024-cü il “Qızıl Qlobus”
Mükafatlarının təqdimetmə mərasimində qonaq olub.

54 yaşlı müğənni “Nicole + Felicia Couture”dən olan çəhrayı libası ilə diqqəti
cəlb edib. Görünüşünü gözqamaşdıran “Boucheron” zinət əşyaları, “Judith Leiber
clutch”dan çanta və “Christian Louboutin”dən ayaqqabıları ilə tamamlayıb.

“Taxt-tac oyunları”nın ulduzu Pedro Paskal isə mükafatlandırma mərasimində
qolundakı sarğı ilə yadda qalıb. O, qara şalvar, rəngli köynək və qolunda sarğı
ilə hamının diqqətini çəkib.

Məlumata görə, 48 yaşlı aktyor bir müddət əvvəl yıxılaraq qolunu sındırıb.

Selena Qomes mükafatlandırma mərasimində asimmetrik geyiminə görə tənqid
edilib. Müğənni tədbirə “Giorgio Armani”dən asimmetrik ətəyi olan, qırmızı
paltar geyinib. O, obrazını “Christian Louboutin”dən ayaqqabıları və çoxlu
zinət əşyaları ilə tamamlayıb.

Qeyd edək ki, pərəstişkarları müğənninin imicini bəyənməyiblər. Bununla bağlı
sosial şəbəkələrdə müxtəlif paylaşımlar ediblər.

Mənbə: gazeta.ru

Source link