Ulu öndərin “Ermənilərə göndərin” dediyi film: “Hər şey yaxşılığa doğru” –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ulu öndər Heydər Əliyevin “Ermənilərə göndərin” dediyi film – “Hər şey
yaxşılığa doğru” yer üzündə baş verən bütün müharibələrə qara yumorla etiraz
edir. Filmdə müharibənin törətdiyi acı reallıq öz əksini tapıb.
Bir zamanlar Bakıda yaşayan erməni Qarabağ müharibəsində həlak olur və
cəsədini səhvən Bakıya göndərirlər. Bundan sonra Bakıda yaşayanlar tabutla nə
edəcəyini bilmirlər və tragikomik vəziyyət yaranır.
Film Almaniyanın Oberhauzen şəhərində keçirilən festivalda dörd mükafat alıb
və mükafatların hər birinin adında humanizm sözü var.
Birinci Qarabağ müharibəsində məğlub olmağımıza baxmayaraq, filmdə Azərbaycan
humanizmi qabarıq şəkildə özünü göstərir. Papanın erməni meyiti yerinə
qaynaqçıya şillə vurması, meyit üçün xüsusi keşiş gətirilməsi buna sübutdur. Bu
filmə nəinki azərbaycanlılar, ermənilər də böyük maraq göstəriblər.
Filmin baş qəhrəmanı tabutdur. İçində azərbaycanlı əsgərin olduğu zənn edilən
tabut gah Azadlıq meydanından keçir, gah da Şəhidlər məscidinin yanından.
Filmin sonunadək tabutu qoymağa yer tapılmır.
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında: