Ülvi Mehdiyev: Regiondakı aeroportlar “ASAN Viza”ya keçəcək - VİDEO

Ülvi Mehdiyev: Regiondakı aeroportlar “ASAN Viza”ya keçəcək – VİDEO

Baxış sayı: 24. 246 dəfə baxılıb.

Gəncə, Lənkəran və Qəbələ aeroportları yaxın vaxtlarda “ASAN Viza” sisteminə keçəcək. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri (“ASAN Xidmət”) Ülvi Mehdiyev deyib. 

Onun sözlərinə görə, innovasiyanın növbəti ay ərazində həyata keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, bu gün Heydər Əliyev adına beynəlxalq aeroportda əcnəbilərə “ASAN Viza” özünəxidmət terminalı vasitəsilə vizaların verilməsinə başlanılıb. 

Aeroportda 12 ədəd belə terminal quraşdırılıb. Əcnəbilər rüsumu onlayn və ya bank vasitəsilə ödəyə bilərlər. 

Ümumilikdə bu terminaldan 15 ölkə – Bəhreyn, BƏƏ, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları yararlana bilərlər.

Əli Məmmədov
www.ÇıxışYolu.Com