Ülvi Qılınc: “Aygün Kazımovanı diva hesab etməyə məcburam?”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“30-40 ildir, oxuyan müğənnilər var ki, tamaşaçı üçün eyni səslə oxuyurlar.
Eyni səslə 40 ildir, tamaşaçının zövqünü, ürəyini bulandırıblar. Xalq
artistləri var ki, “çı”, “çi” səsləri ilə oxuyurlar. Biabırçılıq budur. Toni
Brekston, Adel bu yaşına çatıb, hələ də necə oxuyur… Hələ Zərrin Özərin səsi
daha da bahalaşıb. Çox təəssüf ki, bizdə özünü birinci sayanlar var. Bəs ikinci
kimdir? Onu heç vaxt göstərmirlər ki, görək, bunların içində ikinci kimdir.
Özlərini “diva” adlandıranların canlı konsertdə oxuduqları nədir? Hələ indiyə
qədər Uitni Hyuston kimi canlı performanslarını görmədik. Amma özlərini diva
sayırlar. Bu adamlar xəstədirlər, müalicə etmək lazımdır”.
Bu sözləri məşhur “O Səs Türkiyə” layihəsinin iştirakçılarından olan tanınmış
opera müğənnisi Ülvi Qılınc “Space” televiziyasının efirində deyib.
“Məsələn, Ajda Pekkan divadır. Xanım 74 yaşındadır, ortada canlı performansı
var. Bizdə diva Əzizə Mustafazadədir. Oxumaqdırsa, oxuyaq. Oxumaq deyilsə,
yalandan nominasiya, ad xətrinə ad qoymayaq. Aygün Kazımovanı diva hesab etməyə
məcburam? Ola bilər, kimsə onu ulduz hesab edir. Bu mənim şəxsi fikrimdir.
Mənim üçün Fidan Qasımova, Xuraman Qasımova divadırlar. Rəhmətlik İlhamə
Quliyeva da öz sənətində diva idi. Bu mənim şəxsi fikrimdir. Kimisə diva hesab
etməyə məcbur deyiləm”, – deyə Ü.Qılınc bildirib.