0b2aa725-121e-4d92-99c5-1338490265e5..jpg

Ülvi Qılınc: “Özlərini diva sayırlar, bu adamlar xəstədirlər, müalicə etmək lazımdır”

Baxış sayı: 532 dəfə baxılıb.

Ülvi Qılınc: “Özlərini diva sayırlar, bu adamlar xəstədirlər, müalicə etmək
lazımdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“30-40 ildir, oxuyan müğənnilər var ki, tamaşaçı üçün eyni səslə oxuyurlar.
Eyni səslə 40 ildir, tamaşaçının zövqünü, ürəyini bulandırıblar. Xalq
artistləri var ki, “çı”, “çi” səsləri ilə oxuyurlar. Biabırçılıq budur. Toni
Brekston, Adel bu yaşına çatıb, hələ də necə oxuyur… Hələ Zərrin Özərin səsi
daha da bahalaşıb. Çox təəssüf ki, bizdə özünü birinci sayanlar var. Bəs ikinci
kimdir? Onu heç vaxt göstərmirlər ki, görək, bunların içində ikinci kimdir.
Özlərini “diva” adlandıranların canlı konsertdə oxuduqları nədir? Hələ indiyə
qədər Uitni Hyuston kimi canlı performanslarını görmədik. Amma özlərini diva
sayırlar. Bu adamlar xəstədirlər, müalicə etmək lazımdır”.

Bu sözləri məşhur “O Səs Türkiyə” layihəsinin iştirakçılarından olan tanınmış
opera müğənnisi Ülvi Qılınc “Space” televiziyasının efirində deyib.

“Məsələn, Ajda Pekkan divadır. Xanım 74 yaşındadır, ortada canlı performansı
var. Bizdə diva Əzizə Mustafazadədir. Oxumaqdırsa, oxuyaq. Oxumaq deyilsə,
yalandan nominasiya, ad xətrinə ad qoymayaq. Bu mənim şəxsi fikrimdir. Mənim
üçün Fidan Qasımova, Xuraman Qasımova divadırlar. Rəhmətlik İlhamə Quliyeva da
öz sənətində diva idi. Bu mənim şəxsi fikrimdir. Kimisə diva hesab etməyə
məcbur deyiləm”, – deyə Ü.Qılınc bildirib.

Source link