3a6d4dfa-cc4a-4b94-aab4-732d4c5de372..jpg

Ülviyyə Əliyeva: “Tünzalənin qızı anasının paltarını qucaqlayır, əri isə məzar daşını düzəldir” – VİDEO

Baxış sayı: 874 dəfə baxılıb.

Ülviyyə Əliyeva: “Tünzalənin qızı anasının paltarını qucaqlayır, əri isə məzar
daşını düzəldir” – VİDEO

“Tünzalənin qızı hər gün “Qaratikan” serialına baxır. Uşaq arıqlayıb. Röyala
deyirəm ki, toppuş elə bil arıqlayıb. Dərdini içində çəkir. Dünən Dilarə
(Əməkdar artist Dilarə Əliyeva – red.) həmin serialdan danışdı. Soruşdu ki,
Zəhra, “Qaratikan”da ən çox kimə gülürsən, kim xoşuna gəlir? Deyir ki, anam.
İndi onun anaya bağlı olan, onu qucaqlayan vaxtıdır. Amma anasının paltarlarını
qucaqlayır”.

Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Ülviyyə Əliyeva sosial
şəbəkə hesabında açdığı canlı yayımda deyib.

Aktrisa Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünzalə
Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifindən söz açıb:

“Afaq xanım sənət adamlarına müraciət etmişdi. Ona görə ki, 3 mərasimini,
dəfnini Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra hakimiyyəti boynuna götürmüşdü.
Allah onlardan razı olsun. Sənət yoldaşları mərasimdə maddi dəstək olmaq
istədilər. Biz dedik ki, pul yığılmır. Çünki ayıb olar ki, nazirlik əziyyət
çəkib mərasim verir, biz pul yığaq. Onda da demişdilər ki, biz kömək olmaq
istəyirik.

O zaman Afaq xanım təklif etdi ki, sənət yoldaşlarından kim istəyirsə, fond
yaradılsın, Zəhra üçün ora pul yığılsın. Həmin məbləğ də banka yüklənsin,
ehtiyacı olanda atası oradan çıxarsın. Yaxud da 18 yaşına çatanda onun təhsili
üçün xərclənsin”.

Ülviyyə bildirib ki, bir sıra incəsənət nümayəndələri birləşib Tünzalənin
məzar daşını qoyacaqlar:

“Xalq artisti Afaq Bəşirqızı, Gülyanaq və Gülyaz Məmmədova bacıları, müğənni
Manaf Ağayev pul yığıb Tünzalənin məzar daşını düzəltmək istədiklərini
söyləyiblər. Bunu isə ailəyə əlavə maddi yük olmasın deyə etmək istəyirlər.
Çünki Röyal hələ Zəhranı böyütməlidir. Manaf, Dilarə pul göndəriblər. Əməkdar
artist Rafael İsgəndərov deyib ki, mən də kömək edəcəyəm. Röyal isə dedi ki,
mərhum həyat yoldaşının məzar daşının düzəldilməsi üçün nə qədər məbləğ
çatmasa, özü edəcək”.

Bir neçə gün əvvəl Xalq artisti Aygün Kazımovanın doğum günü məclisinə
Əməkdar artist Dilarə Əliyevanın qatılması cəmiyyət və sosial şəbəkə əhli
tərəfindən qınaqla qarşılanıb.

Ülviyyə bu məsələyə isə belə reaksiya verib:

“Həyatda elə şeylər var ki, məcbursan edəsən. Aygün Kazımova Dilarənin
qızının toyuna, nəvəsinin ad gününə gəlib. O da Aygün Kazımovanın doğum günü
məclisində bir saat oturub, çıxıb gedib. Şıdırğı rəqs etməyib. Tünzalə xəstə
olanda, Dilarə onun müalicəsinə pul verib. Bahalı dərmanları vardı.

Onlara 10 min manat verib. Halal xoşu olsun. Tünzalə xəstəliyinə görə işdən
çıxıb, işsiz qalanda, onu ilk dəfə “Söhbət var” verilişinə Dilarə çağırıb. Ona
iş, çörək, pul verib. “Qaratikan” serialına Dilarə onu çağırıb, rol verib. Son
günə kimi daim yanında olub. Tünzalə vəfat etdikdən sonra da Zəhranın
yanındadır. Kimin ürəyi necədirsə, onu Allah bilir. Dilarənin ürəyindən yoxdur”.

Əməkdar artist izləyicilərdən gələn “Tünzalə Əliyevanın həyat yoldaşı Röyal
nə işlə məşğul olur?” sualına isə belə cavab verib:

“Röyal deyib ki, bir ay heç yerə çıxmayacaq. Sənəd işləri ilə məşğuldur.
Tünzalənin məzar daşının düzəldilməsi ilə məşğuldur. Röyal məşqçidir. Onun
ürəyində iki yırtıq vardı, iki ay əvvəl əməliyyat olunub. Məşqçi kimi işləyə
bilər. Amma qızı Zəhra dərsə gedir.

Onun dərsi saat 08:00-da başlayır, 12:00-da bitir. Həm də hazırlıqlara gedir.
14:00-da isə hazırlığı bitir. Röyal işləsə, gərək hər gün uşağa görə icazə
alsın.

Qərara gəlib ki, hələ ki peşəsini qoysun kənara. Yəqin ki, taksi sürücüsü
kimi işləyəcək. Özü öz müdiri olsun. Zəhranı dərsə, hazırlıqlara
aparsın-gətirsin, sonra isə öz işləri ilə məşğul olsun”.

Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən
Milli Onkoloji Mərkəzində dünyasını dəyişib. Aktrisa yanvarın 23-də Qurd Qapısı
məzarlığında dəfn edilib.


Source link