ATV-də yayımlanan “Ən yaxşısı” axşam şousunda qonaq olan Xalq artisti Flora Kərimova qalmaqal yaşadığı yazar, jurnalist Ülviyyə Alovlu haqqında söz açıb. O qarşı tərəflə dekabr ayının 20-də məhkəmədə görüşəcəyini dilə gətirib:
“Ülviyyə Alovlunu da məhkəmədə uddum. O da mənə ağzına gələni dedi, onu da verdim məhkəməyə. Ekspertiza palaz boyda söylədiklərinə rəy verib. Ayın 20-si məhkəmədir. Onlar məni söyəcəklər, mən də deyəcəyəm ki, əcəb edirsən?”
ÇıxışYolu.Com xəbər verir ki, jurnalist Ülviyyə ad çəkmədən şəxsi “Facebook” hesabında məsələ ilə bağlı alovlu status paylaşıb:
“Deyəsən, bir nəfər nazir olmaq xülyası ilə küçələrə düşüb, mitinqlərdə iştirak edəndə başına o qədər vurublar ki, son “şurupları” tökülüb. Əvvəl deyir, məni məhkəmədə udub, sonra da deyir, ayın 20-si iclasdır. Yavaş ud, ayaqqabılarım boğazında qalar”.
Sosial şəbəkə izləyiciləri Ü.Alovlunun bu sözləri qalmaqal yaşadığı Xalq artisti Flora Kərimovaya aid etdiyini yazıblar.
Rəşad Əliyev