9ca91f36-f727-4278-b33b-76fc110e8982..jpg

Ülviyyə Hacıyeva: “İnsanlar aclıqdan, susuzluqdan, soyuqdan öldülər”

Baxış sayı: 636 dəfə baxılıb.

Ülviyyə Hacıyeva: “İnsanlar aclıqdan, susuzluqdan, soyuqdan öldülər”

“İnsanlar dağıntı ilə yanaşı soyuqdan öldülər”.

Bunu Cixisyolu.com-a açıqlamasında Türkiyədən təxliyə olunan soydaşımız Ülviyyə
Hacıyeva deyib.

Onun sözlərinə görə, ikinci zəlzələ daha şiddətli olub:

“Altı ildir ki, Elbistanda yaşayırıq. Gecə yatdığımız yerdə səsə oyandıq.
Uşaqları götürüb, çıxdıq. Soyuqda çöldə gözlədik.

Daha sonra yenidən evə qayıtdıq. Bir neçə saat sonra yenidən şiddətli zəlzələ
baş verdi. Anidən, şiddəti güclü oldu. Hər şey dağıldı. Hamı öz canını
qurtarmağa çalışırdı. Ayaqyalın qaçdım. Çıxdıq özümüzü çölə atdıq. Ev yararsız
vəziyyətə düşdü, içinə qayıtmaq mümkün deyil. Azərbaycan çox yardımlar etdi.
Dağıntılar altındakı insanlar aclıqdan, susuzluqdan, soyuqdan öldülər”.

Nəzrin Vahid

Source link