beb2fad0-91f9-4731-b201-c6a8e062d270..jpg

Ülviyyə Namazova: “Ərim ölməzdən qabaq zəng etdi, acıladım”

Baxış sayı: 553 dəfə baxılıb.

Ülviyyə Namazova: “Ərim ölməzdən qabaq zəng etdi, acıladım”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı
barədə danışıb.

Lent.az-ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını
yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib.

“Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma
hamilə idim. O öləndən sonra övladımız dünyaya gəldi. Qəza keçirdiyi gün onunla
küsülü idik. Ölməzdən qabaq zəng etmişdi, acıladım, danışmadım. Sonra yenə zəng
etdi, açmadım. Kaş açaydım. Bu peşmanlığı ömrüm boyu yaşayacağam”, – o bildirib.

Ülviyyə Namazova sonradan ikinci dəfə ailə qurduğunu və bu nikahdan sonra
ikinci qızı doğulduğunu da qeyd edib.

Source link