“Ümid edirik ki, gələn il Dövlət İmtahan Mərkəzi Qarabağ Universitetinə də
qəbul keçirəcək” – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“30 illik işğal dövründə ermənilər Qarabağda mövcud olan bütün tarixi, dini,
mədəniyyət abidələrini yerlə bir etdilər, məktəbləri, muzeyləri, təhsil
müəssisələrini viran qoydular. Artıq Qarabağın azad olunması dövlət başçısının
dili ilə desək, oranın cənnətə çevrilməsinə səbəb olacaq”.
Bu fikirləri Cixisyolu.com-a Xankəndidə Qarabağ Universitetinin yaradılmasının
əhəmiyyəti haqqında danışarkən tarixçi-deputatAnar İsgəndərli deyib. O qeyd
edib ki, Qarabağı cənnətə çevirmək üçün gecə-gündüz quruculuq işləri aparılır,
infrastruktur layihələri icra edilir, yeni tikililər ucaldılır:
“Bu quruculuq işləri içərisində təhsillə bağlı həyata keçirilənlər də xüsusi
yer tutur. Məlum olduğu kimi, 1969-cu ildə Xankəndidə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin filialı fəaliyyət göstərirdi. Sonradan həmin filial
müstəqil ali məktəbə çevrildi. 1990-cı illərin əvvəllərindən başlayaraq,
azərbaycanlı müəllimlər və tələbələr bu ali məktəbdən didərgin salınıb, qaçqın
və köçkün həyatı yaşamağa məcbur edildilər. Artıq Xankəndi şəhərimiz azad
edildi və Azərbaycana qarşı məkrli siyasət həyata keçirən qüvvələr buradan
çıxarıldılar. Bu gün Xankəndi Azərbaycanın azad şəhərlərindən biridir və
üçrəngli bayrağımız burada şərəflə dalğalanır. Deməli, Qarabağda quruculuq
işləri uğurla getdiyi kimi, orada ali məktəb də yaradılmalıdır. Bu ali təhsil
ocağı Qarabağ Universiteti olacaq.
Öz doğma torpağına qayıdan, qəlbi Qarabağla döyünən hər bir gənc Xankəndidəki
Qarabağ Universitetində oxumaq istəyir. Ona görə mən əminəm ki, 2024-25-ci
tədris ilində Dövlət İmtahan Mərkəzi artıq Qarabağ Universitetinə də qəbul
keçirəcək. Xankəndidə oxumaq istəyən tələbələr üçün yerlər ayrılacaq,
fakültələr müəyyən olunacaq, tələbələrin sayı dəqiqləşdiriləcək. 2024-cü ilin
sentyabr ayında burada azərbaycanlı tələbələr üçün də yeni dərs ili başlayacaq”.
Deputat vurğulayıb ki, Qarabağ Universitetində yaradılacaq fakültələrin hər
biri Azərbaycanla, onun tarixi, inkişafı ilə bağlı olmalıdır:
“Xüsusilə burada Tarix fakültəsinin yaradılması önəmlidir. Bu o deməkdir ki,
tarix fənnini tədris edən müəllimlər Qarabağın tarixini təkcə kitablarla deyil,
həm də əyani şəkildə, yerindəcə tələbələrə çatdıra biləcəklər.
Azərbaycan öz tarixi torpaqlarının sahibidir və bu torpaqlar bir daha düşmən
işğalı altına keçə bilməz. Azərbaycanın dövlət başçısı dönə-dönə qeyd edir ki,
zaman gələcək, Azərbaycanla Ermənistan arasında qonşuluq münasibətləri bərpa
olunacaq. Ancaq ermənilərin azərbaycanlılara qarşı törətdiklərini heç vaxt
yaddan çıxartmaq olmaz. Bu qanlı, amansız tarixi yaddan çıxartmamaq üçün həm
tarix dərslərimizdə, həm də gənclərin, tələbələrin yaddaşlarında, yazılan
əsərlərdə önə çəkməliyik. Əminəm ki, Xankəndidə, Qarabağ Universitetində bu
tarix hər gün övladlarımıza, tələbələrimizə çatdırılacaq”.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Qarabağ Universitetinin
yaradılması haqqındasərəncam
Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı
kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin
yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin
əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində
“Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
Aysel Aslan