c93c4bda-0dfd-426b-be1f-d0303e93fd26..jpg

“Ümid” regional incəsənət müsabiqəsi keçirilib – FOTO

Baxış sayı: 909 dəfə baxılıb.

“Ümid” regional incəsənət müsabiqəsi keçirilib – FOTO

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının (ARA)
təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında
“Ümid” regional incəsənət müsabiqəsi keçirilib.

“Müsabiqə incəsənət və rəqs növləri üzrə keçirilib. Ölkəmizin bölgələrindən
yarışa qatılan iştirakçılar vardı. Bütün iştirakçıları təbrik edir, onlara
müvəffəqiyyətlər arzulayıram. Bununla yanaşı, daim əziyyətlərini çəkən, onlara
bu sahələri öyrədən, bu cür istedadlı, bacarıqlı uşaq və gənclər
yetişdirdikləri üçün bədii rəhbərlərə təşəkkür edirəm. Ədalətli seçimlər
etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün münsiflər heyətinə təşəkkür
edirəm”, – deyə ARA-nın prezidenti Əziz Əzizov bildirib.

Yarış müxtəlif yaş kateqoriyaları üzrə keçirilib.

Yarışda Qran-prini Səbail rayon 49 nömrəli intellekt məktəb-liseyin şagirdi
Amin Həsənli qazanıb.

Source link