092e3db7-4cc6-4a9e-972d-1ee774aa4324.jpg

UNEC-də daha bir prorektor təyinatı olub

Baxış sayı: 214 dəfə baxılıb.

UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyinat
olub.

Modern.az xəbər verir ki, bu vəzifənin icrası UNEC-in Keyfiyyət Təminatı
şöbəsinin müdiri Hüseyn Həsənova həvalə edilib.

Hüseyn Həsənov 1989-cu ildə Bakıda anadan olub.

2007-2010-cu illərdə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində
“Turizm və menecment” ixtisası üzrə bakalavr, 2012-2015-ci illərdə isə eyni
ixtisas üzrə magistr təhsili alıb.

2017-2019-cu illərdə Azərbaycan Turizm və Menecment Universitetində dekan
müavini və tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.

2018-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Turizm
siyasəti və strategiyası şöbəsinin Təhsil və təlim sektorunun müdiri vəzifəsini
icra edib.

2017-ci ildən indiyədək Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə
ikili diplom proqramı çərçivəsində ATMU-da Azərbaycan Avstriya Turizm
Proqramında (AATP) müəllim kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının
14.12.2021-ci il tarixli qərarı ilə Hüseyn Həsənova İqtisad üzrə fəlsəfə
doktoru elmi dərəcəsi verilib.

O, 2021-ci ilin sentyabr ayında UNEC-də “Beynəlxalq iqtisadiyyat
(ingilisdilli)” kafedrasının müəllimi, 2022-ci ilin fevral ayından isə
Keyfiyyət Təminatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

18 oktyabr 2024-cü ildən Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor
vəzifəsini icra edir.

Qeyd edək ki, dünən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının
müdiri, professor Rövnəq Rzayev UNEC-in Elm və innovasiya məsələləri üzrə
prorektorutəyin olunub .

Source link