5dfbfeed-3574-4087-85fe-63f5bc776fc2.webp

UNEC Dərbənd filialının məzunları niyə diplom ala bilmir? – RƏSMİ CAVAB

Baxış sayı: 53 dəfə baxılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının
2023-2024-cü tədris ili üzrə məzunları diplom ala bilmirlər.

Bu barədə şikayətlə Baku.ws-ə həmin universitetin məzunu olmuş Samir Cavadov
məlumat verib.

O bildirib ki, diplomun verilməməsi ilə bağlı məzunlara konkret səbəb
bildirilmir:

“Dəfələrlə həm Elm və Təhsil Nazirliyinə, həm də universitetə müraciət
etmişik. Hər biri məsuliyyəti digərinin üzərinə atır. Arada da biz qalmışıq”.

Məsələ ilə əlaqədar UNEC-in mətbuat katibi Elnarə Məmmədova bildirib ki,
tələbələrə diplom blanklarının verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə
müraciət olunub. Nazirlik diplom blanklarını universitetə təqdim etdiyi andan
məzunlara diplomlar veriləcək:

“UNEC-in Dərbənd filialında dərslər Plexanov adına Rusiya İqtisad
Universitetinin tədris proqramları əsasında aparılır. Filialda normativ tədris
müddətini uğurla bitirmiş tələbələrin məzun olduqları barədə əmrləri
universitet tərəfindən verilib. Məzun olmuş tələbələrə diplom blanklarının
verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub. Nazirlik diplom
blanklarını universitetə təqdim etdiyi andan məzunlara diplomlar veriləcək”.

Source link