8570a5c8-801d-4e8a-a296-14fc0ac213dc..jpg

UNESCO-dan Azərbaycanın milli rəqsi ilə bağlı çağırış: “Bu ənənəni qorumalıyıq” – FOTO

Baxış sayı: 542 dəfə baxılıb.

UNESCO-dan Azərbaycanın milli rəqsi ilə bağlı çağırış: “Bu ənənəni
qorumalıyıq” – FOTO

Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə
ixtisaslaşmış qurumu UNESCO (“United Nations Educational, Scientific and
Cultural Organization”- red) “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın
milli rəqsi olan “Yallı” ilə bağlı paylaşım edib.

UNESCO paylaşımda “Yallı”nın qorunmasına çağırış edib.

“Yallı” rəqsi ritmik addımları və rəngarəng kostyumları ilə Azərbaycan canlı
irsinin mahiyyətini təcəssüm etdirir. “Yallı” 2018-ci ildə Təcili Qorunma
Siyahısına daxil olunub. Biz bu ənənəni birlikdə qorumalıyıq”, – UNESCO-nun
paylaşımında deyilir.

Qeyd edək ki, “Yallı” Azərbaycanın ən qədim rəqs növlərindən biridir. “Yallı”
(“Köçəri”, “Tənzərə”), “Naxçıvanın ənənəvi qrup rəqsləri” 2018-ci ilin 26
noyabr – 1 dekabrında Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin
13-cü sessiyasında qəbul edilmiş qərarla Təcili Qorunma Siyahısına salınıb.

Source link