e86c76a9-b458-402e-8bc9-455064cee63f..jpg

“Unibank” hipermarketdə baş verən silahlı insidentlə bağlı məlumat yaydı

Baxış sayı: 3. 162 dəfə baxılıb.

“Unibank” hipermarketdə baş verən silahlı insidentlə bağlı məlumat yaydı

“Bu gün günorta saatlarında Xətai rayonu ərazisində yerləşən supermarketdə baş
vermiş silahlı hücum faktı zamanı həlak olan mühafizə əməkdaşı Həsənov Rüfət
Rahib oğlunun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin
hüznlə başsağlığı veririk”.

Bu barədə “Unibank Kommersiya Bankı” ASC məlumat yayıb.

“Silahlı hücum nəticəsində ağır yaralanan Unibankın əməkdaşı,
kassir-inkassator Şeydayev Samir Ruslan oğluna şəfa diləyirik. Hazırda Samir
Şeydayevin xəstəxana şəraitində müalicəsi davam etdirilir. Əməkdaşımızın
müəlicəsi ilə bağlı bütün tədbirlər bank rəhbərliyinin diqqətində saxlanılır.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi
istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat rəsmi qurumlar tərəfindən veriləcək.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumlarla
dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur” –
məlumatda qeyd olunub.

Source link