BMT Uşaqlara Yardım Fondu (UNİCEF) bu ilin əvvəlindən etibarən Suriyada ən azı min uşağın həyatını itirdiyini açıqlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Birləşmiş Millətlərin Uşaqlara Yardım Fondunun (UNICEF) yayımladığı yeni hesabatda bildirilir:
“2018-ci ilin yanvar ayının əvvəlindən etibarən Suriyada gedən müharibələr zamanı min nəfər uşaq dünyasını dəyişib. Bombardmanın davam etdiyi Şərqi Gutanın bəzi yerlərində insanlar təhlükədən qorunmaq üçün 200 nəfərlik qruplar şəklində yer altında yaşayır”.